Kafe və restoranlar yenidən bağlana bilər – SƏRT QADAĞALARbackend

Kafe və restoranlar yenidən bağlana bilər – SƏRT QADAĞALAR

Bildiyimiz kimi son, günlər koronavirusa yoluxma statistikası 4 rəqəmli saydan aşağı enmir. Eyni zamanda virusdan ölənlərin də statistikası da artmaqda davam edir. Yoluxmanın qarşısını almaq üçün azı 2 həftəlik sərt karantinə gedilməsi təklif olunur. Bu, mövcud vəziyyətdə sərt qaydaların tətbiq edilməsi əhaliyə, yaxud kafe-restoran, iaşə obyektlərinin sahiblərinə necə təsir göstərə bilər?

Sosioloq Əhməd Qəşəmoğlu Redaktor.az-a açıqlamasında bildirib ki, təəssüf ki, bu məsələrlə bağlı işlər əvvəldən tələb olunan səviyyədə qurulmayıb:

“Biz deyə bilərik ki, hazırda restoranların, yaxud digər obyektlərin bağlanması iqtisadiyyata mənfi təsir göstərə bilər. Amma orada xəstəliklər yayılırsa, bu, cəmiyyətə daha çox ziyan vurmuş olur. Restoran müdirlərinin maraqları naminə deyə bilmərik ki, bu kimi obyektlər işləməyə davam etsin. Nəzərə almaq lazımdır ki, bizim əhali kifayət qədər maarifləndirilmədi. Hər kəs tamamilə naşılıq içərisində öz davranışlarına davam edir, bu da təəssüf doğurur.

Daha söyləmərəm sənə dərdimi... - Əhməd Qəşəmoğlu - ŞEİRLƏR |  Edebiyyatqazeti.az

Ona görə də məcburuq ki, sərt qaydalar reallaşsın. Lakin onları tətbiq etməklə də iş bitməyəcək. Bununla məsələ tamamilə həll olmayacaq. Biz karantindən yaxamızı qurtarmaq üçün ilk növbədə əhalini ciddi şəkildə maarifləndirməliyik. Hər kənddə, qəsəbədə işçi qrupları olmalıdır ki, onlar hər şeyə nəzarət etsin. Həm müştəri, həm də işçilərin kafe və restoranlarda riayət etmələri vacib olan məsələlərə ciddi nəzarət olmalıdır. Təbliğat işlərinin həcmi artırılmalıdır. Yalnız bu yolla yoluxma statistikasında yaxşılığa doğru dəyişiklikləri müşahidə edə bilərik”.

  •  (0)
  •  (0)