Kadırov Qarabağdan yazdı: Qardaş xalqlar əziyyət çəkirbackend

Kadırov Qarabağdan yazdı: Qardaş xalqlar əziyyət çəkir

Dağlıq Qarabağ müəyyən qüvvələrin sağalmasına imkan vermədiyi yaraya çevrilib.

Hokm.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.

“Bütün Qafqaz, bölgədəki bütün qardaş xalqlar bu ağrıdan əziyyət çəkir. Rusiya münaqişə tərəflərini danışıqlar masasına oturmağa məcbur etmək üçün titanik bir səy göstərir. Ancaq bunun üçün hərbi əməliyyatları birdəfəlik dayandırmaq lazımdır”, – Kadırov bildirib.

  •  (0)
  •  (0)