Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda “Grand Park” ticarət mərkəzində baş verən yanğın zamanı “qori-qori yasno” mahnısını oxuyan adamın tapılıb həbs olunmasını əmr edib.
Hokm.az Oxu.Az-a istinadən xəbər verir ki, R.Kadırov video müəllifini digər insanların kədərinə sevinməkdə ittiham edib.
Çeçenistan lideri bildirib ki, yalan mesajların yayılması “müalicə edilməli olan bir xəstəlikdir”.
Qeyd edək ki, sentyabrın 19-da Qroznıdakı “Grand Park” ticarət mərkəzində yanğın olub.
Yanğın 700 kvadratmetr ərazini əhatə edib. Lakin ticarət mərkəzindəki qonaqlar binadan vaxtında təxliyyə edilib.
















