Kabildə məscid partladıldı – Ölənlər varbackend

Kabildə məscid partladıldı – Ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə məscidə bombalı hücum təşkil edilib.

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hücum bayram namazı zamanı baş verib.

Hadisə nəticəsində 12 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Məscidin imamı da ölənlər yrasındadır.

Partlayıcının əvvəlcədən yerləşdirildiyi bildirilib.

Hələlik hücumu heç bir qruplaşma üzərinə götürməyib. Faktla bağlı araşdırmalara başlanılıb.

Məscidin imamının xüsusən hədəf alındığı ehtimallar arasındadır.

Qeyd edək ki, Taliban bayram günlərində atəşkəs elan etmişdi.

  •  (0)
  •  (0)