Kabil hava limanında terror təhlükəsi var?backend

Kabil hava limanında terror təhlükəsi var?

Böyük Britaniya Əfqanıstanda yaşayan vətəndaşlarına xəbərdarlıq edib.

Hokm.az rəsmi açıqlamaya istinadən xəbər verir ki, Kabil hava limanına terror hücumunun təşkil olunacağı yüksək ehtimaldır. Buna görə də, vətəndaşlara Kabil hava limanından uzaq durmaları barədə çağırış edilib.

“Kabildəki hava limanına getməyin. Terror təhlükəsi var. Təhlükəsiz yerə gedin və yeni tövsiyyələrimizi gözləyin”- deyə açıqlamada bildirilib.Unikal.org

  •  (0)
  •  (1)