Kabil aeroportunda partlayışda 2 əfqan jurnalist də həlak olubbackend

Kabil aeroportunda partlayışda 2 əfqan jurnalist də həlak olub

Kabil aeroportunda avqustun 26-da baş verən partlayışda 2 əfqan jurnalist də həlak olub.

Hokm.Az APA-ya istinadən bildirir ki, bunlar 2 qardaş – Əfqanıstanın Raha Agentliyinin qurucularından biri Əli Rza Əhmədi və “Atlas Press” və Raha agentliklərinin əməkdaşı Moctaba Əhmədidir.

Avqustun 26 -da Qərb ölkələrinin xarici vətəndaşları təxliyə etdiyi Kabil hava limanı binasının yaxınlığında partlayış baş verib. Son məlumatlara görə, hücum nəticəsində 13 -ü Amerika əsgəri olmaqla 200 -ə yaxın insan həlak olub.

  •  (0)
  •  (1)