Jurnalistlərə vurulacaq vaksinin adı açıqlandıbackend

Jurnalistlərə vurulacaq vaksinin adı açıqlandı

Azərbaycanda media işçilərinin vaksinasiyası Azərbaycan Mətbuat Şurasının binasıda baş tutacaq.

Hokm.az xəbər verir ki, bu barədə Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O qeyd edib ki, jurnalistlərə Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronaVAC” vaksini vurulacaq:

“Artıq iki gündür Azərbaycan Mətbuat Şurasına redaksiyalardan siyahılar daxil olur. Hazırda 150-dən çox müraciət daxil olub və qeydiyyata alınma prosesi davam etməkdədir. Qeydiyyata alınmada jurnalsitlərin adı, soyadı və mobil nömrəsi lazımdır. Media işçiləri vaksinasiyasına gəldikdə isə üzərlərində mütləq şəxsiyyət vəsiqələri olmalıdır”.

Ə. Amaşov bildirib ki, vaksinasiya prosesi mərhələli şəkildə davam edəcək:

“Təqribən gün ərzində 50 və daha çox şəxs vaksinasiya olunacaq”.

  •  (1)
  •  (0)