Jurnalistin status və xəbərinə DİN reaksiya verdibackend

Jurnalistin status və xəbərinə DİN reaksiya verdi

Jurnalistin yazdığı status və xəbərə Daxili İşlər Nazirliyi operativ cavab verib.

BAXAR.AZ xəbər portalının baş redaktoru Fərid İmran dünən “Facebook” sosial şəbəkəsində Suraxanı rayonu, Əmircan qəsəbəsində yetkinlik yaşına çatmayan uşağın özündən 8 yaş böyük oğlan tərəfindən hamilə olması ilə bağlı paylaşım edib və həmin paylaşımı BAXAR.AZ xəbər portalında yayımlayıb. Paylaşımlardan bir neçə dəqiqə sonra Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları jurnalistlə əlaqə saxlayaraq, işi nəzarətə götürüblər. Bu barədə Fərid İmran öz sosial şəbəkəsində yazıb:

“Salam, dostlar!

Dünən paylaşdığım status və BAXAR.AZ saytında dərc etdiyimiz xəbərə görə bu gün qızın özü və anası Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə dəvət olundu. Hər ikisinin şikayət ərizəsi alındı. Məsələ Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu tərəfindən nəzarətə götürülüb, araşdırma başladılıb.

Paylaşdığım statusa anında reaksiya verən Daxili İşlər Nazirliyinə və Bakı Şəhər Baş Polis İdarəsinə təşəkkürümü bildirirəm.

Əlavə olaraq uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadə uşaq və anası ilə görüş keçirdi. Uşağın sağlamlığı və digər məsələlərdə əlindən gələn köməkliyi edəcəyini bildirdi. Bunun üçün də Kəmalə xanıma öz təşəkkürümü bildirirəm.

Problemi işıqlandıran dostlara isə xüsusilə minnətdarlığımı bildirirəm.

Hər birimiz uşaq zorakılığı, narkomaniya, erkən evlilik kimi problemlərə həssas yanaşmalı, bu problemlərin həlli istiqamətində işlər aparmalıyıq.”

Hokm.az

  •  (0)
  •  (0)