Jurnalistdən Mehriban Əliyevaya müraciət: “Bu kitabın ərsəyə gəlməsinə kömək edəcəyinizə ümidvaram”backend

Jurnalistdən Mehriban Əliyevaya müraciət: “Bu kitabın ərsəyə gəlməsinə kömək edəcəyinizə ümidvaram”

Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban Əliyevaya
MÜRACİƏT

Hörmətli Mehriban xanım, Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətinizi oxuduqdan sonra Azərbaycan vətəndaşı, azərbaycanlı jurnalist olaraq hamı kimi mən də narahatlıq hissi keçirdiyimi, baş verənlərə etinasız qalmadığımı bildirmək istəyirəm.
Sizin də qeyd etdiyiniz kimi müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.
Müasir dünyada düşmən yalnız səngərdə deyil.

Düşmən həm də xaricdəki diplomatik nümayəndəliklərimizin qarşısında, azərbaycanlıların fəaliyyət göstərdiyi müxtəlif sahələrdə, eləcə də internet məkanında pusqudadır. Düşmənin xisləti dəyişilməzdir. Ermənistan həmişə olduğu kimi mübarizəni mərdliklə yox, sima, vücud, xarakter dəyişərək, cilddən – cildə girərək aparır.
Biz, xalq olaraq mübarizəmizi həmişə həqiqətlərə, tarixi faktlara söykənərək aparmışıq. Bizim həqiqətlərimizin şişirdilməsinə, müxtəlif rəng çalarlarına ehtiyacı yoxdur. Bu, bir faktdır ki, xalqımız tarixin müxtəlif dövrlərində düşmənləri tərəfindən zorakılıq, ayrıseçkilik, sıxışdırma, məcburi köçürmə, əsir götürmə faktlarına məruz qalıb. Vətəndaş olaraq hər birimiz tarixin reallığını, Azərbaycan həqiqətlərini xalqımızın yaşadıqlarını olduğu kimi dünyaya çatdırmağa borcluyuq. Azərbaycan hazırda yalnız səngərdə yox, informasiya meydanında da böyük bir mübarizəyə qoşulub. Mən də öz növbəmdə qarşı-qarşıya qaldığımız informasiya axınında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində əlimdən gələni etməyə özümü borclu hesab edirəm.
Sizin də qeyd etdiyiniz kimi müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.
1915-ci ildə Osmanlı İmperiyasına qarşı etdikləri xəyanətin nəticəsi olaraq Osmanlı torpaqlarından qaçan ermənilər haqda bir əsrdən çoxdur ki, uydurma və əfsanələr yazılır. Onların “soyqırım”a məruz qaldığı yalanı hər dildə dünya ictimaiyyətinin qulağına pıçıldanır.
Bizim isə yaşadıqlarımız həqiqətdir.
Kitabda onlarla ağrılı xatirə, sağalmaz travmalar yaşayan insanların taleləri var. Qəhrəmanlarımdan biri də Avropada yaşayan, Şuşadan məcburi köçkün olan qadınıdır. O, yetkinlik yaşına çatmasına baxmayaraq hələ də hava fişənglərindən qorxur. Ermənilərin Şuşaya hücumları zamanı Xatirə azyaşlı olub. İllər keçməsinə baxmayaraq, Xatirə hava fişənglərini ermənilərin Şuşaya hücumları zamanı gülləbaran zənn edir. Həmin qadın Xatirə Sərdarqızıdır. O, həmin Xatirədir ki, bir neçə gün öncə Azərbaycanın Belçikadakı Diplomatik Nümayəndəliyinin qarşısında erməni zorakılığına məruz qalıb. Jurnalist fəaliyyətini yerinə yetirdiyi zaman ermənilər tərəfindən daşa tutulub.
Məqsədim azərbaycanlıların illərlə gördükləri əsirlik, sıxışdırma, qaçqın və məcburi köçkün talelərini dünya oxucusuna çatdırmaqdır. Təəssüf ki, belə bir materialın çapı, tərcüməsi və yayılması mənim imkanlarım xaricindədir. Kitabın ərsəyə gəlməsi, çapı, tərcüməsi, yayılması üçün şərait yaradılmasına kömək edəcəyinizə ümidvaram.
Görülən hər bir iş Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının itirdiyimiz torpaqlar uğrunda mübarizəsinin bir hissəsidir. Mən də bütün fəaliyyəti Qarabağ və bizdən qoparılan bütün tarixi torpaqlarımız haqda həqiqətləri dünyaya yaymaqdan ibarət olan jurnalist kimi mübarizəmizin bir zərrəsi olmaqdan məmnunam. Bu yolda kitabımın yararlı olacağına ümid edirəm.
Sübh şəfəqini İrəvanda, əsl adı Təpəbaşı olan ərazidən Ağrı dağını görmək bizim övladlarımızın halal haqqıdır. Bu yolda Tanrı yar və yardımçımız olsun.

  Hörmətlə : Jurnalist Günay Arda

  •  (0)
  •  (0)