“Jurnalist Aytən Məmmədova ilə bağlı insident hüquqi qiymətini almalıdır” – Əflatun Amaşovbackend

“Jurnalist Aytən Məmmədova ilə bağlı insident hüquqi qiymətini almalıdır” – Əflatun Amaşov

“Bu hal Azərbaycanda söz və ifadə azadlığı istiqamətində əldə edilmiş uğurlara kölgə salan zidd təmayüldür. Onun araşdırılmasına xüsusi yanaşılması mütləqdir”.

Hokm.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, söhbət azad sözə qarşı hücumdan, jurnalistin peşəkar fəaliyyətinə maneçilik cəhdindən, açıq təhdiddən gedir:

“Əminəm ki, hüquq-mühafizə orqanları insidentə ciddi şəkildə diqqət yetirəcək, günahkarlar layiqli cəzalarını alacaqlar. Azərbaycan Mətbuat Şurası olaraq biz də öz tərəfimizdən məsələni diqqətdə saxlayırıq. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə daimi təmasdayıq. Nazirlikdən hadisənin nəzarətə götürüldüyünü, araşdırmanın aparıldığı bildirilib. Belə həssas yanaşma günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb ediləcəyinə əminlik yaradır”.

Qeyd edək ki, jurnalist Aytən Məmmədova mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalıb.

  •  (0)
  •  (0)