Jurnalist ailəsi BMT-nin filmində çəkildi – VİDEObackend

Jurnalist ailəsi BMT-nin filmində çəkildi – VİDEO

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən “Qızlarımla xoşbəxtəm” adlı videoçarx yayınlanıb.

Hokm.az xəbər verir ki, videoçarxda ailədə ata modelinin əhəmiyyətindən, sağlam ata-qız münasibətindən və qız övladlarının tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında atanın rolundan bəhs olunur.

Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilib, BMT Qadınları və UNFPA tərəfindən ortaq şəkildə həyata keçirilib, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən icra olunub.

Qeyd edək ki, “EU4Gender bərabərliyi: gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı birlikdə” proqramı çərçivəsində fərdi və icma səviyyələrində davranış dəyişikliyi yolu ilə gender stereotiplərinin və ayrı-seçkilik edən sosial normaların aradan qaldırılmasına və həllinə yönəlmiş tədbirlər həyata keçirilir.

Qeyd edək ki, filmdə AFN.az saytının baş redaktoru Səbuhi Qafarov, xanımı, tanınmış jurnalist Həbibə Abdulla və qızları çəkilib. Onların 3 qız övladı var.

Sosial əhəmiyyətli videoçarxı təqdim edirik:

  •  (0)
  •  (0)