İzmirdə dağılan binaların sayı 20-dən çoxdur, dəniz suyu ətrafı basıb – YENİLƏNİB – FOTObackend

İzmirdə dağılan binaların sayı 20-dən çoxdur, dəniz suyu ətrafı basıb – YENİLƏNİB – FOTO

16:57

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20-dən çox bina dağılıb.

Hokm.az xəbər verir ki, həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

———-

16:33

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb

Hokm.az xəbər verir ki, dağılan binalar şəhərdə toz dumana səbəb olub.

———–

16:26

Türkiyədə baş verən güclü zəlzələnin təkanlarının İstanbul və İzmir şəhərlərində hiss edildiyi bildirilib.

Hokm.az-ın məlumatına görə, zəlzələnin episentrinin İzmir vilayətinin Səfərihisar ilçəsində qeydə alındığı bildirilib.

İlkin məlumata əsasən, dağıntılar olsa da, ölən və yaralananlar haqda məlumat verilmir

  •  (0)
  •  (2)