“İylənsin, amma yanmasın” – Alovlanan BMW görün necə söndürüldü – VİDEObackend

“İylənsin, amma yanmasın” – Alovlanan BMW görün necə söndürüldü – VİDEO

Rusiyanın Samara şəhərində yanan avtomobil qəribə üsulla söndürülüb.
Hokm.az Yeniavaz.com -a istinadən xəbər verir ki, hadisənin videosu sosial şəbəkədə yayılıb.
Belə ki, kanalizasiyadan çirkab suları çəkən maşının sürücüsü öncə şlanqı BMW avtomobilinin kapotuna tutur.
Sonra BMW-nin sürücüsü kapotu qaldırır və oradan alov qalxır. Şlanqdan axan qəhvəyi maye ilə alovun qarşısını almaq mümkün olur.

Bəzi sosial şəbəkə istifadəçiləri hadisə belə reaksiya veriblər: “Pul gələcək”.
Bəziləri isə kanalizasiya sularının böyük problem olmadığını deyiblər: “Avtoyuyucuya aparacaq, vəssalam. Amma onunla söndürməsəydilər də, ümumiyyətlə əldən çıxacaqdı”.

  •  (0)
  •  (0)