İtkin düşən türk əsilli zabitin cəsədi tapıldıbackend

İtkin düşən türk əsilli zabitin cəsədi tapıldı

1 ildir axtarışda olan  31 yaşlı türk əsilli zabit Deniz Ardanın cəsədi İsveçin paytaxtı Stokholmda tapılıb.

Hokm.az unikal.org-a istinadən bildirir ki, İsveç polisinin verdiyi məlumata görə, zabitin cəsədi 10 gün əvvəl Tyresta Milli Parkında aşkar edilib. Polislər qısa zamanda ailəsinə məlumat verərək, onun ölümünə səbəbin “cinayət” olmadığını bildiriblər.

Qeyd edək ki,  İsveç Silahlı Qüvvələrində komando təlimini müvəffəqiyyətlə başa vuran və Hərbi Dəniz Qüvvələri Komando Məktəbi Komandirliyinə yüksələn Deniz Arda 18 noyabr 2020-də itkin düşüb.  Zabit sonuncu dəfə mağazaların birində alış-veriş edərkən görüntülənib.

İsveç polisi zabitin ölümü barəsində araşdırma aparır.

  •  (0)
  •  (0)