İtkin düşən hərbçimizin nəşi tapıldıbackend

İtkin düşən hərbçimizin nəşi tapıldı

Azərbaycan Ordusunun itkin hesab edilən hərbi qulluqçusunun nəşi tapılıb.

Hokm.az “Report”a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğlunun nəşi doğulduğu Cəlilabad rayonun Qarğılı kəndinə aparılır.

Şəhidlə əvvəlcə yaşadığı Cəlilabad rayonunun Qarğılı kəndində vida mərasimi keçiriləcək. Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Fərid Teymurov 1999-cu il noyabr ayının 2-si Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub. Ötən ilin oktyabr ayının əvvəllərində Füzuli istiqamətində itkin düşüb. 3 aya yaxındır ki, ailəsinin onunla əlaqəsi tamamilə kəsilmişdi. Şəhidimiz subay idi.

Allah rəhmət eləsin!

  •  (0)
  •  (0)