MTN-işində adı hallanan iş adamı Yaşar Cabbarovun övladları dəbdəbəli həyat tərzləri ilə yenidən gündəmə gəliblər. Belə ki, Cabbarov qardaşları “tik-tok” sosial şəbəkəsində bahalı avtomobillərinin fotolarını paylaşıblar. Fotolardan lüks avtomobillərin dövlət nömrə nişanın saxta olduğu aydın olur. Yəni, iş adamının övladları paytaxt Bakıda saxta nömrə ilə maşın sürürlər.
Bundan əlavə, Cabbarovun oğlanlarından biri polis akademiyasının müdavimidir. İndidən polis forması ilə fotolar çəkdirir, xoşagəlməz hərəkətlər edir. Saxta nömrə ilə maşın sürür. Onun sürdüyü avtomobillərin nömrəsinə diqqət etsəniz, aydın görəcəksiniz.
Xatırladaq ki, daha əvvəl də iş adamının övladları itlərinə “antrikot” yedizdirib, ayaqqabılarını qiyməti 15-20 min manata olan “Vertu” markalı telefonla sildiklərini videoya çəkərək, sosial şəbəkə hesablarında paylaşmışdılar.Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.SİTAT.İNFO