İtaliyanın baş naziri Cuzeppe Konte hökumət növbədənkənar seçkilər məsələsini həll etməyəcəyi təqdirdə istefa verəcəyini bildirib.
O bunu müavinləri Matteo Salvini və Luici Di Mayoya müraciətində deyib.
İtaliyanın Nazirlər Kabinetində ölkədə növbədənkənar seçkilərin keçirilməsi və ya hazırkı hökumətin saxlanılması məsələsi müzakirə olunur. (report)
AzNews.az
















