İtaliya səfirliyi jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı veribbackend

İtaliya səfirliyi jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib

İtaliyanın Azərbaycandakı Səfirliyi bu gün Kəlbəcərdə minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.

Hokm.az xəbər verir ki, bu barədə İtaliya səfirliyinin rəsmi “Facebook” hesabında qeyd edilib.

Səfirliyin məlumatında deyilir: “Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda mina partlayışı nəticəsində həlak olması xəbərinə dərindən kədərləndik. Media müharibə və onun nəticələrinin bədəlini ağır şəkildə ödəməyə davam edir. Onların doğmalarına dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

  •  (1)
  •  (0)