İstirahət mərkəzində faciə: Xizəklə sürüşən məşhur aktyor vəfat etdi – FOTObackend

İstirahət mərkəzində faciə: Xizəklə sürüşən məşhur aktyor vəfat etdi – FOTO

Fransalı aktyor Qaspard Ulliel dünyasını dəyişib.

Hokm.az baku.ws-ə istinadən xəbər verir ki, Fransada qış turizm mərkəzlərindən birinə istirahətə yollanan aktyor xizəklə sürüşərkən başqa bir adamla toqquşub.

Başından ağır zərbə alan Qaspard təcili olaraq xəstəxanaya aparılıb. Bir müddət sonra isə o, vəfat edib.

Hazırda ölüm hadisəsi ilə bağlı istintaq başladılıb. Polis araşdırma aparır.

“Moon Knight”, “Hannibal Rising”, “Saint Laurent” kimi ekran işlərində rol alan Qaspard Fransada “Bleu de Chanel” ətrinin də reklam siması idi.

  •  (0)
  •  (0)