Xəzər dənizinin müxtəlif ərazilərindən götürülən monitorinqin nəticələri məlum olub.
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
Qurum rəsmisinin sözlərinə görə, vətəndaşlar Xəzər və Binəqədi rayonlarında yerləşən çimərliklərdən istifadə edə bilər:
“Şıx, Hövsan, Sahil və Türkan çimərliklərində çimmək məqsədə uyğun sayılmır. Həmin ərazilərdən götürülən nümunələrdə bakterioloji çirklənmə müəyyən edilib. Bu barədə aidiyyəti orqanlara müraciət ediləcək”.