İsti hava şəraiti həyat üçün təhlükəlidir – XƏBƏRDARLIQbackend

İsti hava şəraiti həyat üçün təhlükəlidir – XƏBƏRDARLIQ

Son günlər ölkə ərazisində isti hava şəraiti hökm sürür.

Hokm.az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti həftə sonuna qədər davam edəcək.

Terapevt Mətanət Cəfərova deyir ki, havanın temperaturunun çox yüksək olması insanların səhhətində bir sıra fəsadlar yaradır. Belə havalarda günvurma halları daha çox müşahidə olunur.

Bu dönəmdə açıq havada gəzməmək, bol maye qəbul etmək məsləhət görülür.

Fasiləsiz günəş altında fiziki işlə məşğul olmaq insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur. Neqativ hallarla rastlaşmamaq üçün günəş şualarından qorunmaq tövsiyə olunur.

  •  (0)
  •  (0)