“İstənilən belə görüşdən sui-istifadə edə bilərlər” – Deputatbackend

“İstənilən belə görüşdən sui-istifadə edə bilərlər” – Deputat

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Bakıda “Park Bulvar” Ticarət Mərkəzində fanatları ilə görüşü ciddi müzakirələrə səbəb olub.

Bu görüşün həm izdihamla keçməsi, eləcə də karantin qaydalarının gözlənilməməsi (sosial məsafə gözlənilməyib, tibbi maskadan istifadə olunmayıb), üstəlik iştirakçıların qayışla vurulması, gənclərimizin oradakı rəzaləti hələ də müzakirə olunmaqdadır.

Eyni zamanda, sözügedən blogerin Çeçenistan Prezidenti Ramzan Kadırovla yaxın olması, Ukrayna əleyhinə mövqeyi də bəzi suallar doğurur.

Bəs, belə bir şəxsin ölkəmizə gəlişi təsadüfdür?

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı mövzu ilə bağlı Redaktor.az-a bildirdi ki, müxtəlif siyasi qüvvələr belə görüşlərdən istifadə edə bilərlər:

“Mən o vidolara baxmamışam. Belə şeylərlə maraqlanmıram. Birini sevirlər, ətrafına yığılırlar,normaldır. Kimsə insanlar arasında hörmət qazanır.

Amma bu dəqiqə Azərbaycandakı bu dincliyi pozmaq istəyən qüvvələr çoxdur. Kənarda da müəyyən siyasi, qeyri-siyasi qüvvələr var. Onlar istənilən belə görüşdən sui-istifadə edə bilərlər. Belə bir şey ola bilər. Amma konkret bu məsələ necədir, o barədə bir şey deyə bilmərəm”.

  •  (0)
  •  (0)