İstefa verən baş epidemioloqun qardaşı virusdan vəfat etdibackend

İstefa verən baş epidemioloqun qardaşı virusdan vəfat etdi

Azərbaycanın baş epidemioloqu olmuş İbadulla Ağayevin qardaşı Əlifağa Ağayev koronavirusdan vəfat edib.

Hokm.az Cebhe. info-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir yazıb: “Azərbaycanın baş epidemioloqu olarkən “Nəyə istəyirsiz and içim ki, Azərbaycanda koronavirus yoxdur” deyən İbadulla Ağayevin qardaşı Əlifağa Ağayev bu gün səhər koronavirusdan vəfat edib. İqtisad Universitetinin “Xarici-dillər” kafedrasının baş müəllimi idi”.

Xatıladaq ki, İ.Ağayev bir müddət əvvəl qalmaqallı çıxışı ilə gündəmə gəlmişdi. O, ölkədə koronavirusla bağlı suala cavabında Bakıda yox, rayonda olduğunu bildirməklə cavab vermişdi. Ciddi tənqid hədəfi olan baş epidemioloq daha sonra istefasını elan etmişdi.

  •  (0)
  •  (0)