İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk ölkəsinin “Dəmir Qübbə” sisteminin Azərbaycanda mülki əhalinin qorunması üçün istifadə edilməsi təklifini irəli sürüb.
Hokm.az demokrat.az-a istinadən xəbər verir ki, keçmiş səfir bu barədə öz tvitter hesabında yazıb:
“Sderot, Aşkelon və Beer-Şevadan olan israillilərə bu hekayə tanışdır. Döyüş meydanındakı itkiləri tarazlaşdırmaq üçün mülki əhaliyə raketlər atılır. Biz “Dəmir Qübbə” sistemini Azərbaycanla bölüşməliyik!”.