İsraillə Rusiya arasında QALMAQALbackend

İsraillə Rusiya arasında QALMAQAL

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlaması həm bağışlanmaz və təhqiredici bir bəyanat, həm də dəhşətli tarixi səhvdir. Yəhudilər Holokostda özlərini öldürməyiblər. Yəhudilərə qarşı irqçiliyin ən aşağı səviyyəsi yəhudilərin özlərini antisemitizmdə ittiham etməkdir”.

Redaktor.az-ın məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Yair Lapid “Twitter”də yazıb.

O, bildirib ki, Rusiyanın bu ölkədəki səfiri nazirliyə çağırılacaq və İsrail Rusiyadan bu şərhlə bağlı üzr gözləyir.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına müsahibəsində Zelenskini Adolf Hitlerlə müqayisə edib. “Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülhü təşviq oluna bilər”, – deyə Lavrov bildirib.

  •  (0)
  •  (0)