İsrailin atəşi nəticəsində “Anadolu” agentliyinin iki əməkdaşı yaralandıbackend

İsrailin atəşi nəticəsində “Anadolu” agentliyinin iki əməkdaşı yaralandı

Türkiyənin “Anadolu” informasiya agentliyinin iki əməkdaşı – fotomüxbir Mustafa Hassuna və operator Məhəmməd əl-Alul Qəzza bölgəsinin İsrail tərəfindən cavab atəşinə tutulması nəticəsində yaralanıblar.

Hokm.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Hadisənin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, artıq bir neçə gündür davam edən İsrail-Fələstin qarşılıqlı raket hücumları nəticəsində 6 israilli və 83 fələstinlinin öldüyü bildirilib.

  •  (0)
  •  (0)