İsraildə hərbi helikopter qəzaya uğradı – ÖLƏNLƏR VARbackend

İsraildə hərbi helikopter qəzaya uğradı – ÖLƏNLƏR VAR

İsraildə hərbi helikopter qəzaya uğrayıb.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinə məxsus “Eurocopter Panther” tipli helikopter qəzaya uğrayaraq Aralıq dənizinə düşüb.

Bildirilib ki, hadisə ölkənin şimalındakı Hayfa şəhəri sahillərində baş verib. Qəza zamanı helikopterdə üç ekipaj üzvü olub.

Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış-xilasetmə işləri havadan, qurudan və dənizdən davam etdirilir.

Son məlumata görə, ekipaj üzvlərindən biri yaralı halda tapılıb, digər 2 hərbçi isə həlak olub.

  •  (0)
  •  (1)