İsraildə fövqəladə vəziyyət: Şəhərə ordu yeridildi – VİDEObackend

İsraildə fövqəladə vəziyyət: Şəhərə ordu yeridildi – VİDEO

Həmas təşkilatının silahlı bölməsi “Kassam Tugayları”nın çağırışlarından sonra ərəblərlə yəhudilərin kompakt yaşadığı Lod şəhərində vəziyyət nəzarətdən çıxıb.

Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, fələstinlilər ayağa qalxaraq yəhudilərə məxsus mülklərə od vururlar. Məlumata görə, mer şəhərə nəzarəti tamamilə əldən verdiklərini və ordudan müdaxilə etməsini tələb edib. Ötən gecə baş nazir Binyamin Netanyahu Lod şəhərinə yollanıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.

Baş nazirin gəlişi ilə ordu qüvvələri də şəhərə yeridilib.

  •  (0)
  •  (0)