İsrail səfiri: “Hərbçilərimizin Qarabağda olması xəbərləri “böyük axmaqlıqdır”backend

İsrail səfiri: “Hərbçilərimizin Qarabağda olması xəbərləri “böyük axmaqlıqdır”

İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi, İsrail hərbçilərinin Qarabağda olduğu iddia edilən xəbərləri “böyük axmaqlıq” və fantaziyalar adlandırıb.

Hokm.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Düşünürəm ki, bu, böyük bir axmaqlıqdır, çünki Qarabağ bölgəsindən danışırıqsa, orada həm rus, həm də türk hərbçilər var. Ona görə də hesab edirəm ki, onlarda hansısa fantaziyalar var və deyə bilərlər ki, bəlkə marslılar da həmçinin oradadırlarş”, – səfir bildirib.Publika.az

  •  (0)
  •  (0)