İsrail səfiri: “Azərbaycan Qarabağla qürur duyur”backend

İsrail səfiri: “Azərbaycan Qarabağla qürur duyur”

“İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji Azərbaycan və İsrail arasında əməkdaşlığın sahələrindən biridir”.

Hokm.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Kəlbəcərdə jurnalistlərə bildirib.

“Biz artıq əməkdaşlıq edirik və Azərbaycanın istədiyi istənilən sahədə təmsil olunmağa hazırıq”, – səfir deyib.

Onun sözlərinə görə, Azərbaycan hazırda sürətlə inkişaf edir, hər yerdə tikinti işləri aparılır, işğaldan azad edilmiş ərazilərdə infrastruktur bərpa edilir.

“Azərbaycan Qarabağla qürur duyur”, – C.Dik bildirib.

  •  (0)
  •  (0)