İsrail müdafiə nazirinin evində işləyən təmizlikçi  casus çıxdıbackend

İsrail müdafiə nazirinin evində işləyən təmizlikçi casus çıxdı

İsrailin Baş Təhlükəsizlik Xidməti (ŞABAK) İrana casusluq etməkdə şübhəli bilinən təmizlikçini saxlayıb.

Hokm.az xəbər verir ki, 37 yaşlı Omri Goren sosial şəbəkə vasitəsilə İranla əlaqəsi olan bir təşkilatla əlaqə saxlayıb.

Məlum olub ki, təmizlikçi təşkilatla danışarkən nazirin kompüterinə zərərli proqram quraşdırmağı təklif edib. O bu işin qarşılığında pul istəyib və müdafiə nazirinin şəxsi əşyalarının, o cümlədən kompüter, iş masası, telefon, planşet, seyf və ailənin şəxsi hesablarının fotoşəkillərini göndərib.

Təhlükəsizlik Xidməti bildirib ki, casusun əməllərinin heç bir təhlükəsi olmayıb.unikal

  •  (0)
  •  (0)