İsrail kəşfiyyatı İranla bağlı ŞOK MƏLUMAT əldə etdi: bir neçə həftə ərzində…backend

İsrail kəşfiyyatı İranla bağlı ŞOK MƏLUMAT əldə etdi: bir neçə həftə ərzində…

Son iki həftə ərzində İsrail kəşfiyyat xidmətləri ABŞ və bir sıra Avropa ölkələrinə İranın uranın 90%-ə qədər zənginləşdirilməsi üçün texniki hazırlıqla məşğul olduğu barədə məlumatlar ötürüb.

Hokm.az xəbər verir ki, bu barədə bazar ertəsi “Axios” portalı ABŞ-dan olan iki mənbəyə istinadən məlumat yayıb .

İsrailin ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələrinə təhvil verdiyi kəşfiyyat məlumatlarına görə, İranın hazırlıq işləri ona bir neçə həftə ərzində uranın müəyyən edilmiş səviyyəyə zənginləşdirilməsinə keçməyə imkan verəcək.

Portalın məlumatına görə, 90% səviyyəsinə qədər zənginləşdirilmiş uran nüvə silahının hazırlanmasında istifadə edilə bilər.

İsrail Baş Nazirinin ofisi, Xarici İşlər Nazirliyi və ölkənin Müdafiə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.

İyulda İranın o zamankı prezidenti Həsən Ruhani demişdi ki, onun ölkəsinin imkanları uranı 90%-ə qədər zənginləşdirmək üçün kifayətdir.

İranın nüvə proqramı üzrə JCPOA-nın bərpası ilə bağlı danışıqların yeddinci raundu bu ilin iyununda fasilədən sonra noyabrın 29-da Vyanada bərpa olunub.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib ki, İran və “beşlik” beynəlxalq vasitəçilərin (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) Birgə Komissiyasının iclası kifayət qədər uğurla başlayıb, danışıqlarda iştirak edənlər razılığa gəliblər.publika.az

  •  (0)
  •  (1)