İsrail HƏMAS-ın hərbi hədəflərini MƏHV ETDİbackend

İsrail HƏMAS-ın hərbi hədəflərini MƏHV ETDİ

İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterlər şənbə günü axşam İsrail ərazisinə atılan raketə cavab olaraq bazar günü Qəzza zolağında radikal HƏMAS qrupunun hərbi hədəflərini vurub.

Hokm.az publika.az-a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələrinin döyüş təyyarələri və helikopterləri Qəzza Zolağında HƏMAS terror təşkilatının yeraltı raket atelyeləri, hərbi təlim düşərgəsi, silah anbarına malik hərbi baza və təşkilatın təxribat tuneli də daxil olmaqla bir neçə hədəfinə zərbə endirdi. Gecə hücumları təşkil edildi. Bir gün əvvəl İsrail ərazisinə raket zərbələri endirilməsinə cavab verildi”, – məlumatda deyilir.

 

  •  (0)
  •  (0)