İsmayıllıda fəhlə torpaq uçqunu altında qalaraq öldübackend

İsmayıllıda fəhlə torpaq uçqunu altında qalaraq öldü

İsmayıllı rayonunun Zərgəran kəndində 1 nəfər torpaq uçqunu altında qalaraq ölüb.

Bu barədə Hokm.az FHN-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb.
Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və V. Əliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
  •  (0)
  •  (0)