İsmayıllıda daha bir Qarabağ veteranı yüksək vəzifəyə təyin olunub – FOTOLARbackend

İsmayıllıda daha bir Qarabağ veteranı yüksək vəzifəyə təyin olunub – FOTOLAR

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Süleymanov Əlişir Muxibbi oğlu RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

Əlişir Süleymanov 15 mart 1974-cü ildə Özbəkistan Respublikası Daşkənd vilayətinin Buka rayonunda anadan olub. Hazırda İsmayıllı rayonunun Qoşakənd kəndində yaşayır. 1996-cı il tarixində Bakı Ali Birləşmiş Komandirlər məktəbinin taktiki motoatıcı qoşunları komandiri (zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis) ixtisasi üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılmışdır. 22 iyun 2006-cı il tarixində “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, 05 iyul 2019-cu il tarixində “FƏDAİ” medallarına layiq görülüb. II qrup Qarabağ Müharibəsi əlilidir. 15 may 2020-ci il tarixindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş mütəxəssis-komendant vəzifəsində çalışıb. Ailəlidir, 3 övladı var.

İsmayıllı Rayon İcra Hakimiyyəti kollektivi adından Əlişir Süleymanovu yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edir, gələcək faəliyyətində uğurlar arzulayırıq.

  •  (1)
  •  (0)