İsmayıllıda ağır yol qəzası – 1 ölü, bir yaralıbackend

İsmayıllıda ağır yol qəzası – 1 ölü, bir yaralı

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, hadisə bu gün Muğanlı-İsmayıllı yolunda, Zərgəran kəndi ərazisində qeydə alınıb.

“Ford” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində Ucar sakini, 1988-ci il təvəllüdlü Məmmədov İman Həmid oğlu dünyasını dəyişib, həmyerlisi, 1990-cı il təvəllüdlü Məmmədov Elnur Sayəddin oğlu ağır xəsarətlər aldığı üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır apa

  •  (0)
  •  (0)