İsmayıl Ataşov “StemMath” olimpiadasının 2-ci mərhələsini də uğurla keçdi – FOTObackend

İsmayıl Ataşov “StemMath” olimpiadasının 2-ci mərhələsini də uğurla keçdi – FOTO

Bakıda liseylərin birində “Cambridge Study” bölümündə təhsil alan 8-ci sinif şagirdi İsmayıl Ataşov “StemMath” olimpiadasının 2-ci mərhələsini də uğurla keçərək bürünc medalla təltif olunub.

Hokm.az xəbər verir ki, İsmayıl Ataşov yaxın zamanda beynəlxalq olimpiyadanın seritifikatını da əldə edəcək.

Xatırladaq ki, azərbaycanlı yeniyetmə İsmayıl Ataşov bu yaxınlarda Beynəlxalq “Stem Math Olympiad” olimpiadasının ilk mərhələsini uğurla keçərək, növbəti turda iştirak hüququ qazanıb. Məktəbdaxili İngilis dili “Cambridge Flyers” səviyyəsi üzrə imtahandan çox müvəffəqiyyətlə keçərək, ilklər sırasına daxil olub.

Qeyd edək ki, İsmayıl Ataşov həkim-endokrinoloq, “Rita Rish” Estetik Mərkəzinin sahibi Təranə Heybətovanın oğludur.

  •  (5)
  •  (1)