İşıqlar yenə söndü – VİDEO/FOTO + YENİLƏNİBbackend

İşıqlar yenə söndü – VİDEO/FOTO + YENİLƏNİB

“Gənclik” metrosunda işıqlar yanıb.

Hokm.az Oxu.Az- a istinadən xəbər verir ki, metroda generatorlar işə düşüb.

Ancaq metroya giriş qadağandır.

19:47

Əldə etdiyimiz son məlumatlara görə, hazırda Sumqayıt şəhərində və paytaxt Bakının mərkəzi hissələrində elektrik enerjisinin verilişi bərpa olunub.

19:37

Bakıda bir çox obyektlər fəaliyyətini dayandırıb.

Oxu.Az xəbər verir ki, mağazalarda sakinlərə su satılmır.

Səbəb kimi kassa aparatlarının işləməməsi göstərilir.

Eyni zamanda yanacaqdoldurma mərkəzləri və bankomatlar da fəaliyyətini dayandırıb.

19:28

Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.

Oxu.Az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.

Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.

19:24

Son məlumatlara görə, hazırda paytaxtın Xətai, Sabunçu rayonlarında, Salyan rayonu, Şirvan şəhərində, Tovuz və Qəbələ rayonlarında elektrik enerjisi kəsilib.

19:14

“28 mall”da insanlar təxliyyə edilir

Oxu.Az xəbər verir ki, bir çox mağazalar qaranlığa qərq olub.

Bildirilir ki, bu addım qaranlığı fürsət bilib mağazalardan oğurluq etmək istəyənlərin cəhdlərinin qarşısını almaq üçün atılıb.

“Gənclik mall” ticarət mərkəzində də analoji hal yaşanır (foto).

  •  (0)
  •  (0)