İŞİD-ə üzv olan azərbaycanlıların yeni siyahısı TAPILDIbackend

İŞİD-ə üzv olan azərbaycanlıların yeni siyahısı TAPILDI

Türkiyənin Mersin şəhərində  Milli İstihbarat Təşkilatı və polisin birlikdə həyata keçirdiyi əməliyyat zamanı Suriya vətəndaşı olan terrorçu yaxalanıb.

Hokm.az Modern.az-a istinadən xəbər verir ki, onun evində aparılan araşdırmalar zamanı ələ keçirilən bilgisayarın yaddaşına baxış keçirilib.

Bu zaman ölkələr üzrə ayrı-ayrı qovluqlara yığılmış siyahılar aşkarlanıb. Məlumata görə, bu siyahılar İŞİD terror təşkilatına üzv olanlara aiddir. Siyahılarda 81 ölkədən 3 min 846 nəfərin İŞİD-ə qoşulduğu qeyd olunub.

Bu siyahıya görə, təşkilata ən çox üzv olan şəxslər aşağıdakı ölkələrin vətəndaşılarıdır:

– 700 nəfər Səudiyyə Ərəbistanı
– 650 nəfər Tunis
– 400 nəfər Mərakeş
– 300 nəfər Almaniya və İspaniya.

Rusiya, ABŞ, Azərbaycan və Finlandiyadan da terror təşkilatına üzv olanların siyahısı tapılıb. Hazırda o siyahılar araşdırılır.

  •  (0)
  •  (0)