Azərbaycan Dillər Universitetində baş verən qalmaqalların nələrdən qaynaqlandığı artıq üzə çıxır. Bir neçə mətbuat orqanında bu barədə silsiə araşdırma yazılar da dərc edilir.
Özünü cəmiyyətə dövlətçi, ədalət sahibi, mübariz işçi kimi təqdim etməyən çalışan ADU-nun işdən qovulmuş əməkdaşı Pərvin Mürsəlova, həmin universitetin keçmiş dekanı Vüsalə Ağabəyli və universitetə yaxından və uzaqdan əlaqəsi olmayan Lamiyə Hüseyn (facebookda yeni adı – Lamia Hussein) adlı bu üç yoldaş universitetin imicinə zərər vuran, şər-böhtan xarakterli yazılar dərc etməkdə davam edirlər. Əslində onların yazılarının sifarişçisi artıq üzə çıxmaqdadır. Onların hər bir paylaşımlarında universitetin müəllim və tələbə kollektivini təhqir edən fikirləri artıq tələbə və müəllimləri özündən çıxarıb. “Üç yoldaş”ın bu iyrənc fikirlərinə, hətta ölkə rəhbərliyini aldatmağa cəhd etdikləri yalan informasiyalara Pərvin Mürsəlovanın dərs keçdiyi bir qrup tələbə öz “facebook” hesablarında paylaşdıqları yazılarla aydın şəkildə bu müəllimənin yalanları ifşa edib, sözün həqiqi mənasında onu linç ediblər. Öz profillərində yazma səbəbləri isə Pərvin Mürsəlovanın paylaşımlarına yazdıqları cavabları bu xanım müəllimənin silməsi olub. Tələbələr də bundan qəzəblənərək əsl həqiqətləri qələmə alıblar.
Universitetin IV kurs tələbələrinin hikkə dolu cavab yazılarını təqdim edirik.
Pərvin Mürsəlovanın dərs keçdiyi tələbələrdən biri – IV kursda təhsil alan Nərgiz Qurbanova yazır: “Pərvin Mürsəlova, bu günə kimi adımı çəkib yazdınız. Mən də sizə hüququmu qoruyub cavab yazdıqda, əvvəlcə rəyimi sildiniz, sonra da dostluq təklifi göndərdiniz, sonra da blok etdiniz. Bu qədər mi? Düzsünüzsə, sözünüzün arxasındasınızsa, niyə belə etdiniz? Hər biriniz diqqətlə oxuyun zəhmət olmasa, artıq susa bilmirəm. Vicdanıma və özümə olan hörmətimə görə susa bilmirəm.
Bu gün adımın çəkildiyi daha bir yazının olduğunu öyrəndim, əvvəlcə deyim ki, yazdıqlarınıza fikir verin, xanım, dərəbəylik deyil ki, kimisə, xüsusilə tələbəni təhdid edəsiniz! Bu yazımı sizi önəmsədiyim üçün yazmıram. Sadəcə artıq səssiz qalmaq istəmədim, qoy hamı bilsin sizin kim olduğunuzu… Əvvəla sizə kim icazə verir ki, mənim və yaxud digər tələbə yoldaşlarımın adını çəkəsiniz?! Amma siz öyrəşmisiniz ad çəkməyə, elə deyil. Nə asandı adları sıralayasınız, hamıya bir günah atasınız, sonra da mən mələyəm deyəsiniz! Ayıb olsun sizə! Siz özüzünü təhsil işçisi, müəllim adlandırırsınız, amma müəllim adına layiq deyilsiniz inanın. Həmçinin adını hallandırdığınız bizim “patok”a siz öz məsuliyyətinizi lazımi qədər yerinə yetirmiş olsaydınız, biz də digər tələbələr kimi vaxtında imtahanımızı verərdik. Şükür Allaha, bütün imtahanlarımızı bu günə kimi özümüz vermişik. Bir fəndən qiymət üçün sizin yazdıqlarınızı özümüzə yaraşdırmarıq! Sizin dərs prosesinə laqeydliyinizi siz özünüz də çox gözəl bilirsiniz. Dərs vəsaitinin hamsını keçmişdiniz?! Xeyr, adi jurnalı yazmağı unudurdunuz, axırda tələbələrə 3-cü qiymət, sərbəst iş yazmışdınız? Xeyr, sonradan e-mailə dərs vəsaitini atıb, bizə də yazmışdınız ki, ərizə yazmayın, geri çəkin, qiymətlər yazılacaq. Bunları deyən siz deyildiniz? Siz idiniz! Nə tez unuduldu bunlar! Heç kimi saymıram ədasıyla gəzən də həmçinin siz idiniz. Bu özgüvən nədir belə? Əksi olsaydı, bu qədər tələbə sizin qarşınızda yox, yanınızda olardı. Sizin dediyiniz kimi çıxarımız yoxdur, universitetdə işləmək gözləntimiz də. Şəxsən mən öz hədəflərimə çalışaraq irəli getməyi hər şeydən üstün tuturam. Savadı da həmçinin. Qiymət yazmaqla yanınıza uşaq toplamağı yəqin siz yaxşı bilirsiniz! Məndən böyüksünüz deyib sizlə konfliktə girmədim, amma artıq bəsdir. “İslahat edəcəkdim” yazmısınız. Sizin hansı istiqamətdə islahat etmək istəyiniz aydın məsələdir. Təhsili alət etməyin. Siz deyildinizmi bu ölkədə təhsil yoxdu deyən?! Yoxsa bu da şərdi sizə atıram?! Siz deyildiniz ölkənin hər bir şeyindən narazı olan? həmişə dövlətçilik əlehinə yazılar paylaşan adam, bu söz-söhbətlərdən sonra bir ara bunun əksinə paylaşımlar etdiniz. Yoxsa bu da şərdi? Deyirsiz e, yaltaqlar nə bilim nə, indi deyin bunun adı nədi? Çox danışmayacam, çünki danışdıqca mətn çoxalacaq, heç kimin gözünü də yormağa dəyməz. İşdən kənarlaşdırılmağınızın səbəbini heçkimdə axtarmayın. Özünüzsünüz, hərəkətlərinizdir. Dil bilmək inanın ki, savadlı olmaq üçün kifayət deyil. Ədəbiyyat müəlliməsi olaraq yazdığınız mətn heç də savadlı yazı nümunəsi deyil, bu öz yerində. Məni heç sizin savadınız da maraqlandırmır. Bir müəllimin savadı qədər davranışları da önəmlidir. Sizin bu söz-söhbətlərdən əvvəlki fəaliyyətiniz onsuz da, lazımi qədər məlumdur. Şəxsən müəllim kimi də hörmətiniz qalmadı bizdə. Bizim gözümüz nə dönübmüş e, hamımız birdən şər atdıq sizə. Siz o qədər məsuliyyətli idiniz ki! Bizim “patok”u ümumiyyətlə düşmən elan etmisiniz. Lakin biz bu günə kimi bütün müəllimlərimizə hörmətlə yanaşmış, hər zaman mehriban olmuşuq. Onda onların da hamsı pisdi, siz yaxşı! Öz kollektivinizi, iş yoldaşlarınızı, tələbələri “qoyun sürüsü” ifadələri ilə təhqir edən sizsiniz, tələbələrin adlarını çəkib onlar haqqında artıq əksik danışan da sizsiniz! Etika, mədəniyyət bir müəllimdə olmazsa, olmazdır. Hər istədiyinizi yazıb, adımızı hallandırmaqla bir şey qazana bilməyəcəksiniz! Bilmirəm sizdə necədi, amma bizim hər birimizin gözəl ailəsi var və heç kim sahibsiz deyil. Boşa təhdidlər yağdırmayın. Haqlı olan burda uzun-uzadı statuslar yazmaz ! Bir-başa özümlə əlaqə saxlayar. Adımı çəkirsinizsə, xanım, üz-üzə gözləyirəm sizi! Burda yazmaq asandır, facebookda paylaşımlarınızda “tag” etdiyiniz mühafizə dəstəniz, rəylərinizdə məni günahkar sayan dostlarınızla birgə realda söyləyin dərdinizi, bir-başa özümlə, arxadan işlər çevirərək yox. Onlar hardan tanıyırlar məni? Bu ölkədə hüquq var və inanın ki, mən hələ hüququmun müdafiəsinə qalxmamışam. Heçkimin təhdidindən çəkinmirəm, çünki yalanım yoxdur. Siz və sizin yazınızı alqışlayanlar realda hüquq qarşısında da belə alqış tutacaqsınız, əminəm”.
ADU-nun digər tələbəsi – IV kursda təhsil alan Rəna Süleymanlı yazır: “Son zamanlar sizin şər-böhtanlarınızın arası kəsilmir. Tələbə yoldaşlarımı təhdid etməklə, nalayiq sözlər deməklə siz tələbə ordusunu qarşınıza alırsınız. Mən və mənim kimi tələbələr öz tələbə yoldaşlarımızın arxasındayıq! İndiyə kimi heç bir sübutunuz olmadan danışmısınız. Bundan sonra əlinizdə sübut olsun, sonra kiminsə haqqında nə isə yazın. Bildirirdiz ki, ADU-da təhsil yoxdur. Müəllimlər savadsızdır, tələbələr savadsızdır, əgər tələbələr savadsızdırsa, dil bilmirlərsə ,sizin dərsinizə girən tələbələrin 99 faizi 40-dan yuxarı ballarla imtahana girirdilər. Əgər bir tələbə dərsi bilmirsə, siz necə 9-10 bal yazırdız o tələbəyə? Dərsiniz ingilis dili olduğu halda həmin tələbələr sizə dərsi ingilis dilində verməli idi. Əgər siz dediyiniz kimi biz tələbələr savadsızıqsa, universitet bizə təhsil vermirsə, onda sizin verdiyiniz ballar şişirtmə ballar deyil? Və belə sual ortaya çıxır, bir müəllim qarşısındakı tələbələrin dil biliyinin kifayət qədər olmadığını iddia etdiyi halda, nəyə görə 9 -10 bal yazır? Nə çıxarınız vardı ? Qiymətlə tələbələri ələ alacağımızmı düşünürdüz?
Əks halda isə bizim tələbələr yetərincə dil biliklərinə malikdirlər. Və siz özünüz-özünüzü səhv çıxarmış sayılırsınız
Qeyd edirsiz ki, 31 tələbə sizdən şikayətçidi. O 31 tələbədən biri belə sizin tərəfinizdə deyil. Bundan əlavə neçə ilir müəllimsiz və mən heç bir rəydə sizin tərəfinizi saxlayan tələbə görmədim. Burdan da hər şey məlum olur. Sizə müsbət reaksiya bildirən yalnız tanışlarınız və qohumlarınızdır. Sizin yazılarınızı işıqlandıran da elə sizin yaxınlarınızdır.
Parvin Mursalova, təəssüf ki səsimizi batıra bilməyəcəksiniz!”
ADU-nun digər tələbəsi – Aytac Mustafayeva yazır:
“Adı çəkilənlərdən biri də mənəm, Aytac Mustafabəyova yox, Aytac Mustafayeva. Adımızı hallandırmaqla müxtəlif yalanlar, böhtanlar atmaqla əlbəttə ki, heç bir şey əldə etmədiniz və etməyəcəksiniz. Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsiyəm, mən həmişə təhsilimə və savadıma güvənmişəm. Siz sadəcə olaraq şər, böhtan atmağa adam axtarıb diqqəti onun üzərinə çəkməyə və öz səhvlərinizi örtbastır etməyə çalışırsınız! Halbuki hər şey göz qabağındadır! Bugünə kimi sizə cavab verməmişiksə bu özümüzə və kollektivimizə olan hörmətimizdən irəli gəlir. Siz əsassız cümlələr quraraq, biz isə faktlar ilə yanaşırıq bu mövzuya. Siz deyildinizmi öz tələbələrinizi hədələyən? (Universitetdən qovulmaq, imtahandan kəsilmək və s.)
Bu qədər haqq carçısı olan siz nə üçün haqqını tələb edən tələbələrə bu qədər düşmən kəsilmisiniz ?!”
P.S. Əldə etdiyimiz məlumata görə, Pərvin Mürsəlova bundan öncə işlədiyi müəssisədən də qovulubmuş. Redaksiyamıza universitet əməkdaşlarının və tələbələrin ünvanladığı müraciətlər daxil olmaqdadır. Hazırda bu istiqamətdə də araşdırmalarımızı davam etdiririk. Məlumdur ki, Pərvin Mürsəlovanın, Vüsalə Ağabəylinin və Lamiyə Hüseynin universitet əməkdaşlarına və tələbələrinə qarşı şər-böhtan xarakterli çıxışları, təhqirləri, insanları iğtişaşlara cəlb etmək niyyətləri əbəs yerə deyil. Bir çox mətbuat orqanında dərc olunan yazılarda qalmaqalın universitetin prorektoru Əfqan Abdullayev tərəfindən qəsdlə yaradıldığı iddia edilir. Bu istiqamətdə də araşdırmalarımızı davam etdirəcəyik.
İmdad
Hokm.Az
















