“İşdən çıxarmaq istədiklərinə ərizə yazdırırlar” – Razi Nurullayevbackend

“İşdən çıxarmaq istədiklərinə ərizə yazdırırlar” – Razi Nurullayev

“Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, ona ərizə yazdırırlar ki, könüllü istefa verir, sağlamlıq durumuna görə işini tərk edir və s”.

Hokm.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat  bu praktikanın iki səbəbdən ziyanlı hesab edib:

“Birincisi, vətəndaşın əmək hüquqları pozulur, konkret olaraq onu təzyiq və təhdid altında ərizə yazmağa məcbur edirlər. İkincisi isə belə çıxır ki, oğrunun, rüşvətxorun, dələduzun tərcümeyi-halını korlamaq istəmirlər və sabah da o gedib başqa yerdə daha gözəl işə düzəlir və dağıdıcı fəaliyyətini davam etdirir. Hər iki halda ziyan görən cəmiyyət və bizim gələcəyimizdir. Hər iki halda qanun pozulur, hər iki halda saxtakarlıq edilir.

Bu praktika bütün dövlət orqanlarında və özəl sektorda baş verir. Bu praktikanın dayandırlmasını və qanunun tələb etdiyi şəkildə, zor və təzyiq, o cümlədən əsassız güzəşt olmadan həyata keçirilməsini istəyirəm”.

  •  (0)
  •  (1)