İşdən çıxarılan hərbçi DSX-ni məhkəməyə verdibackend

İşdən çıxarılan hərbçi DSX-ni məhkəməyə verdi

Vəzifəsindən azad edilən hərbi qulluqçu Dövlət Sərhəd Xidmətini (DSX) məhkəməyə verib.
Göytəpə Sərhəd Dəstəsinin təhqiqat bölməsinin keçmiş təhqiqatçısı Tural Azadəliyev Bakı İnzibati Məhkəməsində DSX-yə qarşı məhkəmə iddiası qaldırıb. İş hakim Orxan Həsənovun icraatına verilib.
O, məhkəmədən işə bərpa olunmasını tələb edir.

Tural Azadəliyev 2020-ci ildə DSX-də xidmətə qəbul olunub. Daha sonra isə onun hərbi biletinə uyğunsuzluq maddəsi yazılıb və xidmətdən xaric edilib. unikal

  •  (0)
  •  (0)