“Bu gün Azərbaycanımızın Milli Azadlıq Hərəkatının simvollarından biri, Müsavat Partiyasının bərpaçılarından biri, sözdə deyil, əməldə vətənpərvər və Qarabağ qazisi, qədim dostumuz Yaşar Türkazər Bayraqdar uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Tanrı ruhunu şad etsin! 4 il əvvəl 60 illik yubileyi ərəfəsində Yaşar bəy məndən soruşdu ki, yəqin yubileyimdə çıxış edəcəksiniz? Mənim “əlbəttə” cavabıma dedi ki, xahiş edirəm elə danışın ki, elə bil ölümümdən sonra danışırsınız. Onun nə demək istədiyini anladım və dedim “elə də olar””.
Bunu Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər deyib.
“Əziz Yaşar bəy, səni heç bir zaman unutmayacağıq” – İ.Qəmbər əlavə edib.
















