Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyliyə yeni vəzifə verilib.
Bu barədə akademiyanın Rəyasət Heyətinin iclasında qərar verilib.
Belə ki, iclasda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub.
Qərara uyğun olaraq Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə həvalə olunub.
İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya tapşırılıb.