İş görüşməsində qadına əxlaqsız təklif: Köynəyini soyun, sənə pul verimbackend

İş görüşməsində qadına əxlaqsız təklif: Köynəyini soyun, sənə pul verim

Türkiyənin Konya şəhərinin sakini, həyat yoldaşından boşanan iki uşaq anası Ö.Y iş görüşməsində əxlaqsız təkliflə üzləşib.

Reklam işləri ilə məşğul olan Emrah Y. qadına “Məşhurlar da oynayır”, deyərək “pul müqabilində soyunmaq” oyununu oynamağı təklif edib.

“Köynəyini soyun, 500 lirə (115 manat) verəcəyəm” deyən Emrah qadına bu yolla çoxlu pul “qazanıb” borclarını da ödəyə biləcəyini bildirib, lakin təklif qəbul olunmadıqda təhdidə keçib.

Barəsində “fahişəliyə təşviq” maddəsi ilə cinayət işi açılan şəxs 1 il 8 ay müddətinə həbs cəzasına məhkum olunub. Ona qarşı mənəvi təzminatla bağlı məhkəmə hələ davam edir.

Big.az

  •  (0)
  •  (2)