İş adamının sponsoru olduğu stadion BƏRBAD VƏZİYYƏTDƏ – FOTObackend

İş adamının sponsoru olduğu stadion BƏRBAD VƏZİYYƏTDƏ – FOTO

Ötən il təmir işləri yarımçıq dayandırılan Qazax Şəhər Stadionu  bərbad vəziyyətə  düşüb. 

Hokm.az unikal.org-a istinadən xəbər verir ki, rayon icra hakimiyyəti tərəfindən stadionun təmir edilməsi ilə bağlı  tapşırıq verilsə də, nə stadion rəhbərliyi, nə də aidiyyatı qurumlar buna məhəl qoyur.

Stadion rəhbərliyi arenanın təmir olunduğunu bildirsə də, ərazidə təmirdən əsər-əlamət görünmür. Sakinlər bildiriblər ki, bu vəziyyət rayonda futbolun inkişafına da mənfi təsir edir. Onlar qeyd edirlər ki, stadionun daxil olduğu Qazax İdman və Sağlamlıq Komleksinin tərkibində mehmanxana, güləş zalı, üzgüçülük hovuzu, trenajor zalı, yüngül atletika bölmələri olsa da,  yalnız bərbad durumda olan meydança fəaliyyət göstərir.

Qeyd edək ki,  stadionun sponsorluğu iş adamı, “Turan Bank”ın sahibi Məmməd Musayevə məxsusdur. \

  •  (0)
  •  (0)