İş adamı Fəxrəddin Fərhadov rəhbərlik etdiyi “Kristal CF” MMC-yə məxsus olan kolbasa və sosiska məhsullarının Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanması barədə mətbuatda yayılan məlumatları təkzib edir.
İş adamı Fəxrəddin Fərhadovun imzası ilə “Hokm.az”-ın redaksiyasına daxil olan təkzib müraciətində deyilir
“05 dekabr 2019-cu il tarixdə “Hokm.az” saytında dərc olunmuş “Azərbaycanlı kolbasa sexinin rəhbərinin DƏBDƏBƏLİ VİLLASI” başlıqlı yazıda qeyd olunan “Onların “Jiquli” pivə zavodu, “Qəbələ” kafesi və s. obyektləri də var. Axar az saytı isə “CF” kolbasaları Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanması ilə bağlı xəbər yayımlamışdı. Ona görə də firmanın əhaliyə yedirdiyi bu kolbasa məmulatı müxtəlif xəstəliklərin mənşəyi ola biləcəyini vurğulayıb. Xatırladaq ki, bir neçə il öncə “CF” və “KRİSTAL” kolbasalarının halal olmadığı aşkar edilib” kimi məlumatlar həqiqətə uyğun deyil.
Nəzərinizə çatdırırıq ki, KRİSTAL CF əmtəə nişanlı kolbasa və sosiska məhsulları yüksək keyfiyyətli məhsuldan hazırlanır, halallıq və müvafiq uyğunluq sertifikatına malikdir.
Qeyd edək ki, “Azərbaycanlı kolbasa sexinin rəhbərinin DƏBDƏBƏLİ VİLLASI” başlıqlı məqalə “Axar az” saytına istinadla “Hokm.az” saytında dərc olunub.
















