İrəvandan İLGİNC AÇIQLAMA: “SSRİ dövründəki bütün nəqliyyat kommunikasiyalarının bərpası…”backend

İrəvandan İLGİNC AÇIQLAMA: “SSRİ dövründəki bütün nəqliyyat kommunikasiyalarının bərpası…”

Ermənistan, Azərbaycan və Rusiya SSRİ dövründə fəaliyyət göstərən bütün nəqliyyat kommunikasiyalarının bərpa imkanlarını müzakirə edirlər.

Hokm.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan parlamentdəki çıxışında söyləyib. Onun sözlərinə görə, müzakirələr avtomobil və dəmir yollarının bərpası istiqamətində aparılır. Bununla bağlı üçtərəfli danışıqların baş nazir mavinləri səviyyəsində aparıldığını bildirən Qriqoryan müəyyən irəliləyişlərin olduğunu qeyd edib.

Ancaq əlavə edib ki, hələlik işlər ekspertlər səviyyəsində aparılır. / Musavat.com

  •  (0)
  •  (1)