İrəvanda toqquşma: Xəsarət alanlar varbackend

İrəvanda toqquşma: Xəsarət alanlar var

Bu gün keçirilən Ermənistan Nazirlər Kabinetinin iclası aksiyalarla müşahidə olunub.

Hokm.az xəbər verir ki, etirazçılar Nazirlər Kabinetinin binasına yaxınlaşaraq girişi bağlamağa cəhd ediblər. Polisin etirazçılara müdaxiləsi nəticəsində toqquşma baş verib. Xəsarət alanlar var. Nümayişçilər yolları bağlamağa cəhd etsələr də, məqsədlərinə çatmayıblar.

Qeyd edək ki, erməni müxalifəti Gorus-Qafan avtomobil yolunda Azərbaycanın gömrük və sərhəd məntəqələri yerləşdirməsinə etiraz edir.metbuat.az

  •  (0)
  •  (0)