Bu gün Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında aksiya keçirən müxalifət fəalları ilə polis əməkdaşları arasında toqquşma baş verib.
Hokm.az xəbər verir ki, aksiya yerli media tərəfindən canlı yayımlanıb.
Polis XİN-in binasına daxil olmağa çalışan etirazçılara müdaxilə edib. Nəticədə tərəflər arasında gərgin anlar yaşanıb.
“Ermənistan” və “Mənim şərəfim var” fraksiyalarından olan bir qrup deputat XİN-in binasına girərək dəhlizdə səsgücləndiricilər vasitəsilə hökumət əleyhinə şüarlar səsləndiriblər. Bir müddət sonra aksiya iştirakçıları XİN-in binasını tərk ediblər.redaktor.az